Qeyri-neft sektorunda qızıl ixracı yenə də birinci olub - 9 ayın hesabatı

14:43 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qızıl (158,2 milyon ABŞ dolları)  birinci olub.

ABC.AZ xəbər verir ki, bu siyahıda pambıq mahlıcı (149,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Digər yerləri tutan məhsullar müvafiq olaraq: ilkin formalı polipropilen (86,9 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) (71,9 milyon ABŞ dolları), meşə fındığı (55,9 milyon ABŞ dolları), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr  (51,4 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox) (50,4 milyon ABŞ dolları), karbamid (49,9 milyon ABŞ dolları), metanol (metil spirti) (48,6 milyon ABŞ dolları).