İnstaqramdan daha bir yenilik

10:44 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. İnstaqramda yeni funksiya əlavə olunub.

ABC.AZ-ın məlumatına görə, artıq linklərin stikerləri instaqram istifadəçiləri üçün əlçatan olacaq.

Yeni funksiya həm adi istifadəçilər, həm də böyük şirkətlər, eyni zamanda bloqerlər üçün faydalı olacaq.

Bu funksiya yalnız hekayələr üçün nəzərdə tutulub.