16:24 - 27.10.2021
27 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 26-da təşkil olunmuş növbəti hərracda 10 dövlət əmlakı özəlləşdirilib.
Xidmətdən ABC.AZ-a bildirilib ki, bunlardan 7-si nəqliyyat vasitəsi, 3-ü isə kiçik dövlət müəssisəsidir.
Özəlləşdirilən dövlət əmlakı üzrə 3-ü elektron olmaqla 40 sifariş verilib. Kiçik dövlət müəssisələri İmişli və Yevlax rayonlarında yerləşir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026