17:04 - 21.10.2021
21 oktyabr, Fineko/abc.az. “AzerGold” QAS geoloji-kəşfiyyat işlərində istifadə olunan proqram təminatına əlavələr üzrə lisenziyaların və dağ-mədən və geoloji məlumatların emalı üçün nəzərdə tutulan proqram təminatı üzrə texniki dəstəyin satın alınması üçün tender elan edir.
Tenderdə iştirak haqqı 50 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.11.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.11.2021 15:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 25.11.2021 15:00 tarixində aparılacaq.
Telefon: (994 12) 505 02 02
Əlaqələndirici şəxs: Əli Əsədov
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026