11:34 - 19.10.2021
19 oktyabr, Fineko/abc.az. 14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 AZN olan 10 000 ədəd, yəni 10 milyon manat istiqrazlar 3 il müddətində tədavüldə olacaq, onların illik gəlirliliyi 10.5%-dir. Faizlər rüblük ödəniləcək.
Qeyd olunur ki, yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026