11:10 - 22.09.2021
22 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tenderin qalibini elan edib.
ABC.AZ xəbər verir ki, mətbuatda elan, bildiriş və reklamların verilməsi; reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materiallarının hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.
Açıq tenderin qalibi "ALOPRİNT ” MMC olub.
Aqrar Kredit və İnkişaf Agentliyi qalibə 129 min 400 manat ödəyəcək
10 Avqust 2026
10 Avqust 2026