14:55 - 16.09.2021
16 sentyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil, onların ümumilikdə hərrac qiyməti olan 1.750.000 (bir milyon yeddi yüz əlli min) manatdan 10% aşağı olmaqla, yəni 1 milyon 575 min manata təkrar (II) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”-ın Ləğvetmə komissiyasından ABC.AZ-a verilən məlumata görə, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.
Təkrar hərracda iştirak üçün 78.750 (yetmiş səkkiz min yeddi yüz əlli) manat məbləğində beh, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.