12:39 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. Azərbaycanda fermerlərə əkin subdiyasının verilməsi ilə bağlı qərarda xeyli dəyişiklik var.
ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
O qeyd edib ki, əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. "İndi isə yalnız məhsul subsidiyası veriləcək.
Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb.
Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb”, - o bildirib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026