12:30 - 6.09.2021
6 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC "Ağdam rayonunda Ağdam Sənaye Parkında tədbirlərin təşkili ilə bağlı tərtibat işlərinin satın alınması" üşün keçirdiyi tenderi yekunlaşdırıb.
ABC.AZ-ın məlumatına görə, qalib şirkət "Məişət İst" MMC-i olub.
"Sumqayıt Kimya Sənaye Parkı" qalib şirkətlə məbləği 8 milyon 693 min 250 manat olan müqavilə imzalayıb.
1994-cü ildə dövlət qeydiyyatına alınmış "Məişət İST" şirkətinin qanuni təmsilçisi Cəfərov İzahat Məzahir oğludur.