Narlarımızı xarici bazarlara çıxara bilmirik - Fermerlərdən narazlıq

16:52 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının VII Yığıncağı keçirilib.

ABC.AZ xəbər verir ki, görüşün əsas məqsədi Assosiasiyanın strukturunda yeni dəyişikliklərin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olub.

Nəticə etibarilə 5 nəfərdən ibarət İdarə Heyəti və İdarə Heyətinin sədri müəyyənləşdirilib. İdarə Heyətinin üzvləri arasında keçirilən səsvermə nəticəsində Azərbaycan Nar İstehsalçılar və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov yenidən sədr seçilib.

Görüşün ikinci panelində Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları narçı fermerlərin problem və təkliflərini dinləyib, onların suallarını cavablandırıb. Fermerlər qarşılarında duran ən böyük problem olaraq məhsullarını xarici bazarlara çıxara bilmədiklərini qeyd ediblər.