10:20 - 31.08.2021
31 avgust, Fineko/abc.az. Protez-Ortopedik Bərpa Mərkəzi tenderin qalibini elan edib.
ABC.AZ xəbər verir ki, protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələri satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.
Açıq tenderin qalibi "Metiz-İmpeks" MMC olub.
Protez-Ortopedik Bərpa Mərkəzi qalibə 7milyon 42 min 099 manat ödəyəcək.
3 Avqust 2026
4 Avqust 2026