11:50 - 30.08.2021
30 avgust, Fineko/abc.az. 21 sentyabr 2021-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, hərracda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə məxsus avtomobillər də satışa çıxarılıb.
Siyahı ilə linkdə tanış ola bilərsiniz.
Qeyd edək ki, 23-24-cü sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 25-26-cı sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Müəllif: Elmir Murad
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026