İnformasiya və rabitə xidmətlərin dəyəri 5,9% artıb

11:41 - 18.08.2021


18 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 552,2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 % artıb.

Cari ilin ilk yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib. Xidmətlərin 74,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri  5,9% artıb.