10:09 - 2.04.2018
2 aprel, Fineko/abc.az. Yayda Bakıda, iqtisadiyyat, ticarət, investisiya, texnologiya, idman və mədəniyyət üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə Komissiyasının növbəti beşinci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin məlumatında deyilənə əsasən, İqtisadiyyat naziri Şahin Mustafayev bunu Səudiyyə Ərəbistanı səfiri Museid İbrahim Abdullah Əs-Süleymani ilə görüşündə bəyan edib.
“Komissiyanın iclası iyun ayında Bakıda baş tutacaq və iclas çərçivəsində həmçinin biznes forum keçiriləcək”, - nazir belə deyib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026