16:39 - 30.03.2018
30 mart, Fineko/abc.az. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin əvvəlindən 50 milyon manatdan çox güzəştli kredit verib.
İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, investisiya layihələrinin həyata keçirilməsi nəticəsində ayrılan kreditlər hesabına 5,1 mindən çox yeni iş yeri açılacaq.
Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildə 146 milyon manatlıq güzəştli kredit verib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026