12:10 - 30.03.2018
30 mart, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağstafa şəhərində su təchizatının yaxşılaşdırılması üçün 2018-ci il dövlət büdcəsinin investisiya xərclərindən “Azərsu” ASC-nə 4,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin maliyyələşdirilməsi, Nazirlər Kabinetinə isə digər məsələlərin həll edilməsi tapşırılıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026