14:12 - 12.07.2021
12 iyul, Fineko/abc.az. Tacikistanın dövlət başçısı Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
ABC.AZ xəbər verir ki, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.
Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026