SOCAR-ın 2 ölkədə gəlirləri artıb - Hesabat

10:56 - 2.07.2021


2 iyul, Fineko/abc.az. 2020-ci ildə SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrdən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gəlirləri artıb.

ABC.AZ SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkətin Azərbaycanda gəlirləri  2,7% artaraq 6 milyard 311 milyon manata, Birləşmiş Ərəb Əmirliklərində gəliri 29% artaraq 2 milyard 223 milyon manata, digər ölkələrdə gəliri 20,6% artaraq 1 milyard 932 milyon manata yüksəlib.