“Bakı Metropoliteni” böyük zərər edib – Hesabat

10:14 - 30.06.2021


30 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu qurumun maliyyə hesabatına öz əksini tapıb.

Müqayisə üçün qeyd edək bu, 2019-cu ilə nisbətən 51,7% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.