Bu aviaşirkətin uçuşları ləğv edildi - Səbəb

10:46 - 25.06.2021


25 iyun, Fineko/abc.az. “Azimut” aviaşirkətinin iyunun 26-dan planlaşdırılan Krasnodar-Bakı reysi qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar ləğv edilib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə bütün yaz-yay naviqasiyası dövrü üçün uçuşlar ləğv edilib.

Daha əvvəl verilən məlumata görə, “Azimut” aviaşirkətinin Rostov-Don-Bakı reysi də iyunun 23-də eyni səbəbdən ləğv edilib. Aviaşirkət iyunun ikinci yarısından başlayaraq Rostov-Don, Krasnodar və Mineralnıe Vodıdan Bakıya uçuşlara başlamağı planlaşdırmışdı. Mineralnıe Vodıdan ilk reys iyunun 19-da yerinə yetirilib.