15:08 - 24.06.2021
24 iyun, Fineko/abc.az. Sabahdan 108B nömrəli marşrut xətti (metronun “Azadlıq prospekti” stansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi üzrə “28 May” küçəsi, 269A., Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti, 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026