17:15 - 22.06.2021
22 iyun, Fineko/abc.az. Rusiyanın 10 aviaşirkəti tərəfindən Türkiyəyə birbaşa uçuşlar bərpa edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ümumilikdə, ölkələr arasında hava trafikinin tam bərpa olunmasının ilk günü 78 uçuşun həyata keçirilməsi planlaşdırılır, bunlardan 54-ü çarter reysləridir.
Hazırda Rusiyanın 12 aviaşirkətinin Türkiyəyə uçuşlara icazəsi var. Rusiyadan Türkiyənin beş şəhərinə uçmaq mümkündür – İstanbul, Ankara, Antalya, Dalaman və Bodrum. Türkiyədən isə Rusiyanın 32 şəhərinə uçmaq olar.