16:49 - 21.06.2021
21 iyun, Fineko/abc.az. Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən Maxaçkaladan Bakıya birbaşa uçuşlara başlayır.
İlk reys iyulun 4-də yerli vaxtla saat 01:05-də planlaşdırılır.
Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 03:15-də olacaq. Azərbaycanın paytaxtına uçuşlar hər həftə şənbə günüdən bazar gününə keçən gecə yerinə yetiriləcək.
Qeyd edək ki, uçuşlar “Boeing 737-800” tipli təyyarələrlə yerinə yetirilir.
13 Avqust 2026
13 Avqust 2026