12:25 - 18.06.2021
18 iyun, Fineko/abc.az. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.