16:14 - 14.06.2021
14 iyun, Fineko/abc.az. 15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq
13 Avqust 2026
13 Avqust 2026