09:59 - 14.06.2021
14 iyun, Fineko/abc.az. Etalon markalarının qiymətləri ötən həftənin yekunları üzrə yüksəlişdən sonra bazar ertəsi artır.
Neft bazarında optimizm vaksinasiya və karantin məhdudiyyətlərinin aradan qaldırılması sayəsində neftə tələbatın artması perspektivi səbəbindən baş verir.
Saat 9: 25-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin avqust fyuçersi $0,36 (0,51%), barel başına $73,05 qədər yüksəldi. İyunun 11-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,17 (0,23%) artaraq barelə görə $72,69-a çatıb.
Saat 9: 25-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin dəyəri $0,34 (0,48%) - barrel başına $71,25-ə qədər yüksəlib. İyunun 11-də baş tutan hərracların nəticələrinə görə, iyul ayı üçün WTI-nin fyuçers qiyməti $0,62 (0,88%) artaraq barelə görə $70,91-ə çatıb.
Ötən həftə Brent 1,1%, WTI isə 1,9% bahalaşıb.
17 Avqust 2026
15 Avqust 2026