12:31 - 11.06.2021
11 iyun, Fineko/abc.az. Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayır.
Bu barədə ABC.AZ- a AZAL-dan bildirilib.
Qeyd olunub ki, ilk uçuş bu gün saat 12:30-da həyata keçiriləcək.
Ümumiyyətlə, sentyabrın əvvəlinədək uçuşlar həftədə bir dəfə "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.
Müəllif: Elmir Murad