11:18 - 8.06.2021
8 iyun, Fineko/abc.az. “Silk Way Holdinq” MMC-yə məxsus "Silk Way East Aviaşirkəti" və "Silk Way İnvestment" MMC-lər ləğv olunduqlarını elan edib.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkət kreditorlara müraciət edib.
Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.
14 Avqust 2026