17:03 - 6.05.2021
6 may, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqi kompüterlərin və printerlərin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Sorğuda iştirak haqqı 300 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar təklifləri möhürlənmiş ikiqat zərfdə 18.05.2021 17:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 19.05.2021 11:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Babək Amaşov
Telefon: (+99412) 599-87-80