12:02 - 6.05.2021
6 may, Fineko/abc.az. Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
ABC.AZ-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. Vidadi Muradov barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.