11:31 - 5.05.2021
5 may, Fineko/abc.az. “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində nəzarət buraxılış sisteminin quraşdırılması üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 100 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 02.06.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.06.2021 15:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 11.06.2021 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Aygül Tağıyeva
Telefon: (+99412) 505-02-02