14:24 - 27.04.2021
27 aprel, Fineko/abc.az. “Buta Farm” və "Zeytun pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) cərimələnib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, hər iki protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşlər uyğun olaraq hakim Elməddin Hüseynovun və Azər Tağıyevin icraatına verilib.
MMC-lərə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir.