13:33 - 15.04.2021
15 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına əsasən, 15 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
“Hərracda tələb 53,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - məlumatda belə deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026