11:13 - 15.04.2021
15 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək.
ABC.AZ xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq.
150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək.
Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün yeni avadanlığın DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026