11:34 - 12.04.2021
12 aprel, Fineko/abc.az. Azərbaycanda prokurorluq əməkdaşlarının aylıq gəlirlərinin kəskin artacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu hazırda Milli Məclisdə baxılan "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında xidmət haqqında" qanunlara ediləcək dəyişkiliklərdə nəzərdə tutulub.
Dəyişikliklərlə prokurorluq orqanlarına işə qəbul qaydaları bir qədər sərtləşdiriləcək.
Belə ki, bu proses daha ciddi tənzimlənəcək.
Digər tərəfdən, dəyişikliklərə əsasən, prokurorluq işçilərinin gəlirləri kəskin artacaq.
Yəni onların maaşları iki qat artacaq, üstəlik onların sosial müdafiəsini gücdəndirmək üçün həcmi qanun vericiliklə tənzimlənən əlavə ödənişlər veriləcək.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026