16:08 - 6.04.2021
6 aprel, Fineko/abc.az. 2021-ci il 1 yanvar tarixinə Azərbaycanda dövriyyədəki 3,5 mln. ədəd kart təmassız ödəniş texnologiyasını dəstəkləyib.
ABC.AZ-ın məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" beynəlxalq onlayn konfransında Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.
O qeyd edib ki, bu, ümumi ölkədə emissiya edilmiş kartların təxminən 36%-ni əhatə edir.
R.Mahmudov daha bir məsələyə toxunaraq qeyd edib ki, son beş il ərzində ölkədə təmassız POS-terminalların sayı 3,5 dəfə artıb.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026