“PAŞA Bank Gürcüstan” iki ildir davamlı olaraq zərərlə işləyir

11:29 - 6.04.2021


6 aprel, Fineko/abc.az. “PAŞA Bank” ASC-nin törəməsi olan “PAŞA Bank Gürcüstan” 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə başa vurub.

ABC.AZ xəbər verir ki, Bankın zərəri daha da artıb.

Belə ki, adıçəkilən bank 2019-cu ili 5 milyon 472 min manat xalis zərər ilə bağlamışdı.

“PAŞA Bank”ın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev mətbuat konfransında davamlı olaraq zərər etmələrinin səbəbini investisiyalarla əlaqələndirib: "Hər bir investisiyatının yatırım və gəlir götürmə mərhələləri var. Xalis zərərin səbəbi investisiyalar ilə bağlıdır. Əməliyyat xərcləri planlaşdırılan gəlirlər ilə müqayisədə yüksəkdir. Bu investisiyaların bəhrəsini növbəti ildən görməyə başlayacağıq".

Müəllif: Elmir Murad