BOKT-ların kredit qoyuluşu azalıb - 6 faiz

10:50 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank Azərbaycandakı bankların martın 1-nə iqtisadiyyata qoyduğu kreditlərələ bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 373,4 milyon manat olub.

Bu isə illik müqayisədə 6 % azdır. İl ərzində BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,4 % təşkil edib.