14:18 - 1.04.2021
1 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Global Stats" statistika mərkəzi bu ilin mart ayı ərzində ölkə üzrə sosial şəbəkə istifadəçilərinin reytinqini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,7 faiz bəndi azalıb. Hesabata əsasən, aprelin 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 17,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb.
Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətdə 5,2 faiz bəndi azdır. Sıralanmada növbəti yerlərdə 13,3 faizlə "Facebook", 9,84 faizlə Pinterest, 0,62 faizlə "VKontakte" , 0,22 faizlə "Reddit" qərarlaşıb.
Müəllif: Elmir Murad
10 Avqust 2026