17:02 - 30.03.2021
30 mart, Fineko/abc.az. Baş Prokurora yeni köməkçi təyin olunub.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə müşaviri Abbasov Mahir Fəxrəddin oğlu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, M. Abbasov buna qədər Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026