Yoluxma sayı artarsa karantin rejimi sərtləşdirilə bilər

16:34 - 19.03.2021


19 mart, Fineko/abc.az. Yoluxmaların sayının artması ilə bağlı narahatlıq var, vəziyyət çox ciddidir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, xəstəxanaların 10 min çarpayı gücü var, 1500 xəstə xəstəxanada müalicə olunur.

"Bunu nəzərə alaraq, xüsusi sərtləşdirilmiş rejimə keçid barədə qərar verilmədi. Amma yoluxma sayının artacağı və səhiyyənin yüklənməsi baş verərsə, karantin rejimi sərtləşdirilə bilər” deyə Ş.Mövsümov deyib.