Prezidentin köməkçisi karantindən danışdı

16:12 - 19.03.2021


19 mart, Fineko/abc.az. Operativ Qərərgahda pandemiya və onun nəticələri barədə brifinq keçirilir.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov bir sıra məqamlara aydınlıq gətirib.

O qeyd edib ki, bir ildən çoxdur pandemiya dövründə yaşayırıq.

Onun sözlərinə görə, bir çox ölkələrdə virusun geniş yayılmasına görə karantin tətbiq edilir: “Azərbaycanda da son zamanlar yoluxma sayı artmağa başlayıb. Yumşalmalara getdikdən sonra bu, gözlənilən idi”.