Karantin rejiminin vaxtı uzadıldı – Qərar

15:57 - 19.03.2021


19 mart, Fineko/abc.az. Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, qərarda Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadıldığı deyilir.