15:23 - 19.03.2021
19 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək.
ABC.AZ xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib.
O qeyd edib ki, 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Mərasimdə qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə yaxın 5 ildə bu kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək.
18 Avqust 2026