Neft ötən gün düşəndən sonra ucuzlaşmağa davam edir, “Brent”in bir bareli $62,72 təklif edilir

10:59 - 19.03.2021


19 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən günkü hərracların sonunda kəskin düşəndən sonra cümə günü düşməyə davam edir.

Saat 10:26-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin fyuçersləri barrel başına $0,56 (0,88%) – $62,72-ə qədər ucuzlaşıb. Martın 18-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersinin qiyməti $4,72 (6,94%), barrel başına $63,28-a düşüb.

Saat 10:26-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti $0,58 (0,97%) - barel başına $59,42-ə düşüb. 18 mart hərraclarının nəticələrinə görə, WTI aprel fyuçersi $4,60 (7,12%) – bir barelə $60-a düşdü.