15:44 - 16.03.2021
16 mart, Fineko/abc.az. “Azərsu” ASC daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.
ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, layihə Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus adlanan ərazini əhatə edir.
Layihə çərçivəsində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi tikilir. Layihənin əhatə etdiyi ərazidə 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilir və sayğaclar quraşdırılır.
Tikinti-quraşdırma işlərinin cari ilin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində 2-ci Mədən 87-ci korpus adlanan ərazidə yaşayan 1000-ə yaxın sakinin içməli su təchizatı yaxşılaşacaq.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqbul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026