10:55 - 16.03.2021
16 mart, Fineko/abc.az. Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
ABC.AZ-ın məlumatına görə, qurumdan Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlərin doğru olduğu təsdiqlənib.
"Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək" deyə Baş Prokurorluqdan qeyd olunub.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026