Daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə verildi – Foto

15:41 - 15.03.2021


15 mart, Fineko/abc.az. Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

ABC.AZ xəbər verir ki, tədbirdə bildirilib ki, 2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib. Ümumilikdə ötən dövrdə isə 9250 mənzil və fərdi ev verilib.