11:52 - 15.03.2021
15 mart, Fineko/abc.az. 2021-ci ilin yanvar-fevral aylarında azərbaycanlıların Türkiyədədən satın aldığı mənzillərin sayı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə soydaşlarımız Türkiyədə 145 mənzil alıblar. Bu ötən ilin eyni dövrünə nisbətən 44 mənzil az deməkdir.
Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 189 mənzil almışdılar. Soydaşlarımız Türkiyədə yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil alıblar.
Qeyd edək ki, Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.
Müəllif: Elmir Murad
19 Avqust 2026
18 Avqust 2026