Füzulidə məskunlaşmış 95 ailə yeni qəsəbəyə köçürülüb

15:47 - 11.03.2021


11 mart, Fineko/abc.az. Füzuli rayonunda müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi tikilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, tikinti işləri Dövlət Neft Fondundan 2020-ci ildə ayrılan vəsait hesabına, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.